Hücumçumuz Rumıniya klubunda qaldı
- 22 İyn 2023 11:32
- 428
Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Yelizaveta Rubanın növbəti mövsümdə çıxış edəcəyi komandanın adı bəlli olub. "Rekord.az" xəbər verir ki, hücumçumuz karyerasını yenidən Rumıniyanın "CSM Lugoj" klubunda davam etdirəcək.
Son mövsümü də burada keçirən voleybolçumuz komandasının uğurlarında əsas pay sahiblərindən olub. Ruban və komanda yoldaşları çıxış etdikləri dörd yarışın hamısında fəxri kürsüyə yüksələ biliblər. Belə ki, "CSM Lugoj" Rumıniya Super kubokunda qızıl medal, Avropa "CEV kuboku"nda gümüş medal, ölkə çempionatının və kubokunun isə bürünc medallarını qazanıb.
Qeyd edək ki, millimizin əsas heyətinin aparıcı oyunçularından olan Yelizaveta Ruban avqustda baş tutacaq Avropa çempionatına da qatılacaq.