Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandasının daha bir üzvü ölkə xaricində çıxış edəcək. "Rekord.az" xəbər verir ki, hücumçumuz Yelizaveta Ruban 2022/2023 illər mövsümündə Rumıniyada çıxış edəcək.

27 yaşlı təcrübəli voleybolçumuz bu ölkənin "Luqoj" klubunun formasını geyinəcək.

Qeyd edək ki, Ruban yeni klubu ilə artıq bir hazırlıq turnirində iştirak edib və üçüncülük qazanıb.