Rumıniyada qadın voleybolçuların çempionatında yarımfinalın növbəti oyunları baş tutub. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin üzvü Yelizaveta Rubanın şərəfini qoruduğu "CSM Lugoj" bu mərhələdə "CSM Targoviste" klubu ilə qarşılaşır. 

Cütün ilk görüşündə qələbə qazanmış voleybolçumuzun komandası cavab matçına yaxşı başlamayıb. Gərgin keçən ilk setdə rəqib üstün olub. Sonrakı hissələrdə də güclü rəqiblə bacarmayan Liza və rəfiqələri quru hesabla uduzublar - 0:3 (23:25, 18:25, 17:25).

Komandasının məğlub olduğu görüşdə yığmamızın üzvü 3 xal qazanıb. Ruban 2 dəfə hücumda, 1 dəfə isə blokda fərqlənib. 

Qeyd edək ki, yarımfinalda ümumi hesab bərabərdir. Bu komandaların növbəti qarşılaşmasına ehtiyac yaranıb.