Qadın voleybolçular arasında Rusiya çempionatında daha bir mövsüm geridə qaldı. "Rekord.az" xəbər verir ki, bu ölkədə çıxış edən Azərbaycan millisinin üzvü Marqarita Stepanenkonun formasını geyindiyi Belarusun "Minçanka" klubu birinciliyin son günlərində də meydana çıxıb. 

Hücumçumuzun komandası uğurlu çxış edərək 5-ci yer uğrunda mübarizə aparmaq şansı qazanıb. Bu mərhələdə isə Belarus təmsilçisinin rəqibi Saratovun "Proton" kollektivi olub. Rita və rəfiqələri qarşılaşmaya yaxşı başlamayıblar və hesabda geri düşüblər.  Lakin bundan sonra Minsk klubu təşəbbüşə yiyələnib. Ümumi hesabı bərabərləşdirən komanda uğurlu çıxışını davam etdirərək 2:1 hesbış ilə önə də keçib. Üstünlüyünü sonadək qoruyan "Minçanka" son hissəni də aktivinə yazdıra bilib. 4 set davam etmiş matçda voleybolçumuzun komandası 3:1 (23:25, 25:20, 25:21, 25:16) hesabı ilə qalib gəlib. Bununla da Belarusun Rusiya çempionatındakı təmsilçisi "Minçanka" birincilikdə 5-ci yeri tutub. 

Komandasının qalib gəldiyi qarşılaşmada yığmamızın üzvü əvəzetmə ilə oynayıb. Çempionat boyu "Minçanka"nın qələbələrində əsas pay sahiblərindən olan Rita bu görüşdə meydanda olduğu müddətdə 2 dəfə fərqlənib. O, xalların hər ikisinin hücumda qazanıb.

Qeyd edək ki,  rusiya çempionatının qalibi "Lokomotiv" olub. komanda finalda Moskva "Dinamo"su ilə qarşılaşıb və gərgin keçən oyundan 3:2 hesablı qələbə ilə ayrılıb. 3-cü yer uğrunda isə "Uraloçka" və Kazan "Dinamo"su üz-üzə gəliblər. Bu görüşdə Tatarıstan təmsilçisi 3:1 hesablı qələbə qazanmaqla bürünc medala sahib çıxıb.