Hücumçumuz Rusiyada məğlubiyyətdən qaça bilmədi
- 11 Mar 2021 11:25
- 869
Rusiyada qadın voleybolçuların birinciliyində növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin üzvü Marqarita Stepanenkonun şərəfini qoruduğu Belarusun "Minçanka" klubu 26-cı turda "Proton" ilə qarşılaşıb.
Rusiya çempionatında mübarizə aparan Belarus təmsilçisi oyuna yaxşı başlayıb və ilk seti qalib başa vurub. Lakin Rita və rəfiqələri bundan artığını bacarmayıblar. Təşəbbüsü əldən verən hücumçumuzun komandası 1:3 (25:19, 18:25, 18:25, 19:25) hesabı ilə uduzub.
Komandasının xalsız qaldığı matçda yığmamızın üzvü 12 dəfə fərqlənib. Stepanenko bu xallardan 11-ni hücumda, 1-ni isə blokda qazanıb.