Hücumçumuz Türkiyədə növbəti dəfə məğlub oldu
- 12 Noy 2019 12:24
- 966
Türkiyə birinciliyində çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Yekaterina Jidkova növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Nilufer BLD" 7-ci tur çərçivəsində "Vakifbank"la üz-üzə gəlib.
Doğma meydanda baş tutan görüşdə "Nilufer BLD" çətin anlar yaşayıb. Qarşılaşmaya çox pis başlayan meydan sahibi ilk setdə cəmi 6 dəfə fərqlənib. Hücumçumuzn komandası növbəti hissələrdə nisbətən ciddi müqavimət göstərsə də, məğlubiyyətdən qaça bilməyib. 3 set davam edən matçda Jidkova və rəfiqələri quru hesabla uduzub - 0:3 (6:25, 16:25, 20:25).
Komandasının məğlub olduğu görüşdə millimizin üzvü 7 dəfə fərqlənib. Jidkova xalların hamısını hücumda qazanıb.