Hücumçumuz yenidən Polşa klubunda
- 07 Yan 2023 21:20
- 689
Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Marqarita Stepanenkonun yeni komandasının adı bəlli olub. "Rekord.az" xəbər verir ki, təcrübəli hücumçumuz karyerasına yenidən Polşada davam edəcək.
29 yaşlı Ukrayna əsilli voleybolçumuz Polşanın "Radomka Radom" klubu ilə razılığa gəlib. Stepanenko ən azı bu mövsümün sonuna kimi bu komandanın uğurları üçün çalışacaq.
Bu, Ritanın Polşada ilk mövsümü deyil. O, 2018-2019-cu illərdə "Pila" və 2019-2020-ci illərdə hazırkı klubu "Radomka Radom"un formasını geyinib.
Xatırladaq ki, Stepanenko mövsümə Ukraynanın "Prometey" klubunda start vermişdi. Lakin bir müddət əvvəl yaranmış maaş probleminə görə milli voleybolumuz Çexiya çempionatında mübarizə aparan Ukrayna komandası ilə qarşılıqlı razılığa əsasən müqaviləsini ləğv etmişdi.