Hücumçumuzun komandası gərgin mübarizədə məğlub oldu
- 14 Noy 2022 12:43
- 377
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban Rumıniya çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "CSM Lugoj" 4-cü turda liqanın lideri "Alba Blaj" kollektivi ilə üz-üzə gəlib.
Görüş gərginliyi ilə yadda qalıb. Komandalar növbə ilə hərəyə iki set qazanmaqla oyunun taleyini tay-brekə daşıyıblar. Həlledici hissədə daha rəqib daha dəqiq oynayıb. 5 set davam etmiş görüşdə Liza və rəfiqələri 2:3 (25:22, 22:25, 25:15, 14:254, 14:16).
Komandasının qələbəni son anda əldən verdiyi matçda 17 xal qazanıb. Ruban rəqibi 15 dəfə hücumda, 1 dəfə blokda, 1 dəfə isə eyslə məyus edib.