Hücumçumuzun komandası gərgin mübarizədən qalib ayrıldı
- 17 Yan 2023 12:30
- 398
Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Nikalina Başnakovanın şərəfini qoruduğu Macarıstanın "Szent Benedek" klubu ölkə birinciliyində növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, hücumçumuzun komandası 8-ci turda "MAV Elore" klubu ilə üz-üzə gəlib.
Görüş gərginliyi ilə yadda qalıb. Hərəyə iki set qazanan tərəflər matçın taleyini tay-brekə daşıyıblar. Həlledici hissədə daha dəqiq oynayan voleybolçumuzun komandası rəqib meydanından 3:2 (20:25, 25:21, 25:21, 25:27, 17:15) hesablı qələbə ilə ayrılıb.
Komandasının çətinliklə qələbə qazandığı qarşılaşmada yığmamızın üzvü meydana çıxmayıb.