Hücumçumuzun komandası qələbəni son anda əldən verdi
- 15 Fev 2023 15:01
- 419
Polşa çempionatında çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Stepanenko növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "Radomka" 16-cı turda "Volley Wroclaw" klubunun qonağı olub.
Voleybolçumuzun komandası səfər qarşılaşmasına yaxşı başlayıb və 2:0 hesabı ilə irəli keçib. Lakin sonradan meydan sahibləri təşəbbüsü ələ alıblar. Hesabda öndə olmasına baxmayaraq, qonaq komanda ardıcıl 3 setdə uduzaraq meydandan məğlub ayrılıb - 2:3 (25:21, 25:23, 19:25, 12:25, 11:15).
Komandasının qələbəni son anda əldən verdiyi görüşdə yığmamızın üzvü 9 xal qazanıb. Stepanenko meydan sahiblərini 8 dəfə hücumda, 1 dəfə blokda məyus edib.