Rusiya çempionatında çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Stepanenko növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, Rusiya birinciliyində çıxış edən və hücumçumuzun formasını geyindiyi Belarusun "Minçanka" klubu 21-ci turda "Tuliça" ilə üz-üzə gəlib. 

Minskdə baş tutan görüş gərginliyi ilə yadda qalıb. "Minçanka" doğma meydanda baş tutan matça yaxşı başlayıb və 2:0 önə keçib. Lakin Rita və rəfiqələri təşəbbüsü əldən veriblər və qonaq komanda ardıcıl iki setdə qalib gəlməklə hesabı bərabərləşdiriblər. Oyunun taleyinə isə tay-brekdə aydınlıq gəlib. Həlledici hissədə isə hücumçumuzun koamndası uğurlu çıxışını davam etdirə bilməyib. 5 set davam edən görüşdə "Minçanka" 2:3 (25:23, 25:23, 23:25, 22:25, 13:15) hesabı ilə uduzub. 

Komandasının qələbəni son anda əldən verdiyi oyunda millimizin üzvü 31 xal qazanmaqla qarşılaşmanın ən məhsuldar oyunçusu olub. Stepanenko qonaqları 23 dəfə hücumda, 8 dəfə isə blokda məyus edib.