Növbəti mövsüm üçün daha iddialı olmağı planlaşdıra "Turan Tovuz"un yay hazırlıq planı yaxın günlərdə məlum olacaq.

Rekord.az-a daxil olan məlumata görə, Tovuz təmsilçisi Tovuzda bir araya gələcək.

Amma ehtimal var ki, komanda yay toplanışına Bakıda da start versin. Hər halda, bütün bunlara iyunun əvvəlinə kimi aydınlıq gələcək. Dəqiq olan bir məlumat isə komandanın Türkiyəyə yollanacağı ilə bağlıdır. Saytımıza daxil olan məlumata görə, klubun sponsoru olan "Huner Group" "Turan Tovuz"un Türkiyədə təlim-məşq toplanışı keçməsi üçün lazım olan vəsaiti ayıracaq. Türkiyə toplanışının da dəqiq tarixi də 1-2 günə bilinəcək.