I Divizion klubları hələ də maaşlarını almayıb
- 07 May 2020 12:00
- 1308
Xəbər verdiyimiz kimi, AFFA I Divizionda maliyyələşdirdiyi klubların maaşını 50 faiz kəsmişdi. Buna səbəb kimi isə koronavirusu və çempionatın dayanmasını göstərmişdi.
Lakin Rekord.az xəbər verir ki, mətbuatda bununla bağlı yazılar gedəndən sonra AFFA qalan pulun da aprelin sonuna kimi ödənəcəyini klubların diqqətinə çatdırmışdı.
Aldığımız son məlumata görə, federasiya hələ ki, sözünü tutmayıb. Baxmayaraq ki, artıq aprel ayı geridə qalıb və bu gün mayın 6-dır.