Qadın voleybolçuların ölkə birinciliyində növbəti oyunların keçirilmə vaxtı bəlli olub. "Rekord.az" xəbər verir ki, Yüksək Liqa yanvarın 24-də I dövrənin son oyunları baş tutacaq.

Həmin gün çempionatın ilk derbisinin baş tutması ilə yadda qalacaq. Belə ki, turnir cədvəlində ilk iki pillədə olan və çempionluq uğrunda mübarizə aparan "Murov" və "Azərreyl" klubları üz-üzə gələcəklər. Saat 12:00-da başlanacaq bu qarşılaşmanın gərgin keçəcəyi gözlənilir.

I dövrəyə isə "UNEC" - "Abşeron" görüşü ilə yekun vurulacaq. Oyunun start fiti saat 18:00-da çalınacaq.

Qeyd edək ki, hər iki qarşılaşma Voleybol Mərkəzində keçiriləcək.