Son günlər "Mingəçevir" klubu ilə bağlı xoşagəlməz xəbərlər bir-birini əvəz edir.

Rekord.az xəbər verir ki, öncə komandanın isti havanı bəhanə gətirərək məşqlərinin sayını azaltması məlum oldu.

Sonradan o da məlum oldu ki, isti hava burada bəhanəyə daha çox oxşayır, reallıqda isə məşq etməyə futbolçu yoxdur. Futbolçu da ona görə yoxdur ki, klubun pulu yoxdur. Təəssüf ki, vəziyyət get-gedə düzəlmək əvəzinə daha da pisləşir. Düzdür, AFFA digər I Liqa təmsilçiləri kimi, "Mingəçevir"ə də dövlət tərəfindən ayrılan maliyyəni ayıracaq. Lakin Mingəçevir icra hakimiyyəti və eləcə də yerli iş adamlarından, idarə və təşkilatlardan əlavə dəstək yoxdur. Bu cür davam edərsə, komandanın I Liqada mübarizəsi də sual altına düşə bilər.