I Liqa təmsilçisi baş məşqçinin maaşını və mükafat büdcəsini artırdı
- 20 Sen 2024 12:00
- 245
I Liqada mübarizə aparan "İmişli" Premyer Liqaya yüksəlməyi qarşıya məqsəd qoyub.
Rekord.az xəbər verir ki, bunun üçün büdcədə də artım edilib.
Belə ki, baş məşqşçinin maaşı aylıq 4 min manata qaldırılıb. Futbolçular üçün nəzərdə tutulan mükafat fondu da idarə heyətinin sədri Aqşin Mürsəlov tərəfindən artırılıb. Hazırda klubun aylıq xərcləri 40 min manata yaxındı. Bunun 30-ni AFFA, 10 minini isə Mürsəlov qarşılayır.