Növbəti mövsümdən I Liqada komanda sayı artırılmaya bilər.

Rekord.az-a daxil olan məlumata görə, AFFA liqadakı komanda sayını 10-da saxlamaq istəyir.

Məlum olduğu kimi, cari mövsümün qalibi olan komanda Premyer Liqaya yüksələcək. Onu isə yuxarıdan gələn "Qəbələ" əvəzləyəcək. I Liqada sonuncu yeri tutan "Araz Saatlı" isə II Liqaya düşəcək. "Araz Saatlı"nı isə II liqanın qalibi "Baku Sportinq" əvəzləyəcək.

Lakin bir məsələ də var ki, adı oyun alqı-satqısında hallanan "İrəvan"ın da çempionatdan uzaqlaşdırılması məsələsi var. Belə olarsa, o zaman II Liqada 2-ci yeri tutmuş komanda da I Liqaya buraxılacaq. Düzdür, hazırda bununla bağlı konkret qərar verilməyib. Lakin müzakirələr davam edir.