I liqada növbəti oyunlar keçirilib
- 26 Yan 2020 22:56
- 1188
Kişi voleybolçular arasında Azərbaycan I liqasında ikinci turun qarşılaşmaları keçirilib. "Rekord.az" xəbər verir ki, “Murov”un bazasında təşkil olunan matçlardan sonra xal itirməyən iki klub qalıb.
Son çempion “Taleh-A.T” növbəti qələbəsini qazanıb. Komanda bu dəfə “Memarlıq və İnşaat Universiteti”nə set vermədən qalib gəlib. “Taleh-A.T” kimi, “Ağsu” da xalını 6-ya çatdırıb. Bölgə təmsilçisi “Tibb Universiteti”ndən üstün olub.
Turda “Araz 2011” və “Veteran44” də ilk qələbələrinə seviniblər. Onlar müvafiq olaraq, “Əlincə” və “Azəri”ni məğlub ediblər. Sonuncular uduzsalar da, 2 setdə qalib gəldikləri üçün mövsümdə xal hesablarını da açıblar.
I liqa
26 yanvar
II tur
“Memarlıq və İnşaat Universiteti” - “Taleh-A.T” - 0:3 (15:25, 13:25, 17:25)
“Veteran44” - “Azəri” - 3:2 (25:17, 17:25, 25:14, 16:25, 15:13)
“Araz 2011” - “Əlincə” - 3:0 (25:21, 25:8, 25:20)
“Tibb Universiteti” - “Ağsu” - 1:3 (14:25, 14:25, 25:23, 10:25)