I Liqada pley-off mərhələsi başlayır
- 25 Mar 2023 11:23
- 369
Qadın voleybolçular arasında Azərbaycan I Liqasının əsas mərhələsi başa çatıb. "Rekord.az" xəbər verir ki, 14 komanda bir dövrədən ibarət olmaqla iki qrupda mübarizə aparıb.
Hər qrupda ilk iki yeri tutan kollektivlər pley-offa vəsiqə qazanıblar. A qrupunda “Azərreyl-2”, “Abşeron-2”, “Xarıbülbül”, “Queens”, “Azəri”, “Dinamo” klubları, B qrupunda isə “Xəzri”, “Qarabağ”, “Aura”, “Murov-2”, “Lokomotiv”, “Ryuqa”, “İlkin”, “Sumqayıt” komandaları mübarizə aparıb. Yarımfinal və final oyunlarından ibarət pley-off mərhələsinə A qrupundan "Xarıbülbül" və "Azərreyl-2", B qrupundan isə "Murov-2" və "Ryuqa" klubları yüksəliblər.
Pley-off oyunlarına aprelin 1-də start veriləcək. Həmin gün keçiriləcək yarımfinalda A qrupunda birinci olmuş “Xarıbülbül“ B qrupunun ikincisi “Ryuqa” ilə, B qrupunun birincisi “Murov-2” isə A qrupunun ikincisi “Azərreyl-2” ilə qarşılaşacaq. Qaliblər finalda I Liqanın çempionunu müəyyən etmək şansı qazanacaq, uduzanlar isə üçüncü yer uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, oyunlar AVF-nin idman zalında keçiriləcək.
1 aprel
Yarımfinal
13:00 “Murov-2” - “Azərreyl-2”
14:30 “Xarıbülbül” - “Ryuqa”