Kişi voleybolçular arasında Azərbaycan I Liqasında X turun oyunları keçirilib. "Rekord.az" xəbər verir ki, təşkil olunan qarşılaşmalarla II dövrənin oyunlarına yekun vurulub və pley-offa yüksələn klubların adlarına aydınlıq gəlib.

“Təhsil”-“Taleh-A.T” qarşılaşması isə baş tutmayıb. Belə ki, “Taleh-A.T” klubuna oyuna gəlmədiyi üçün 0:3 hesablı texniki məğlubiyyət verilib.

I liqa

X tur

   “Əlincə” - “Murov-2” 1:3 (25:22, 18:25, 21:25, 16:25)

   “Təhsil” - “Taleh-A.T” - +:-

   “Masallı” - “Aura” 3:0 (25:8, 25:14, 25:19)

   “Azərbaycan Ali Hərbi Məktəbi” - “Veteranlar” 3:0 (25:14, 25:15, 25:18)

Turnir cədvəli:

   A qrupu: “Təhsil”-23 xal, “Murov-2”-15, “Taleh-A.T”-12, “Əlincə”-7, “Həvəskarlar”-2.

   B qrupu: “Azərbaycan Ali Hərbi Məktəbi”-20 xal, “Masallı”- 9, “Ryuqa”-12, “Veteranlar”-9, “Aura”-0.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları aprelin 3-da olacaq. A qrupunda birinci olan “Təhsil“ B qrupunun ikincisi “Masallı” ilə, A qrupunun ikincisi “Murov-2” isə B qrupunun birincisi “Azərbaycan Ali Hərbi Məktəbi” ilə qarşılaşacaq. Bu cütlərin qalibləri aprelin 10-da finalda üz-üzə gələcək.