İAM ilin ən yaxşılarını seçdi, Tofiq Heydərov xüsusi mükafata layiq görüldü FOTOLAR+VİDEO
- 19 Dek 2019 15:34
- 1960
İdman Araşdırmalar Mərkəzinin "İlin qalibləri-2019" layihəsi üzrə mükafatçıları müəyyənləşib.
"Rekord.az" xəbər verir ki, qaliblərin adları Bakı Olimpiya Stadionunda təşkil olunan "7 qalib adlı mərasimdə açıqlanıb.
"İlin qalibləri" tədbirinə verdiyi dəstəyə görə;
Sponsorlar – "IlAzero" və "Dadlı Naxçıvan Məhsulları"
İnformasiya dəstəkçisi - "Report" İnformasiya Agentliyi
Xüsusi mükafatlar:
"Minsk 2019" II Avropa Oyunlarının Əməliyyat Komitəsində layiqincə təmsil etdiyi üçün - Samir Məzahir oğlu Məmmədov
Uşaq idmanının inkişafına verdiyi dəstəyə görə - Tofiq Mirhəsən oğlu Heydərov
İlin ən çox kütləvi tədbir təşkil edən idman qurğusu - Şamaxı Olimpiya Kompleksi
Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünün futbolçusu - Emin Mahmudov (“Neftçi”)
Nominasiyalar üzrə
İlin idman xadimi: Mahir Ələsgər oğlu Məmmədov (Azərbaycan Şahmat Federasiyasının və Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti)
İlin idman qurğusu: Bakı Olimpiya Stadionu
İlin futbolçusu - Emil Balayev (“Tobol”, Qazaxıstan)
İlin əcnəbi futbolçusu - Abdullah Zubir (“Qarabağ”)
İlin komandası - Şahmat üzrə qadınlardan ibarət Azərbaycan millisi
İlin baş məşqçisi - Qurban Qurbanov (“Qarabağ”)
İlin idmançısı - Teymur Rəcəbov (Şahmat)
Qeyd edək ki, ardıcıl 7-ci ildir həyata keçirilən layihənin təşkilati dəstəkçisi Bakı Olimpiya Stadionu, İnformasiya dəstəkçisi “Report” agentliyi, baş sponsoru "AAAF Holding", sponsorları isə Azərbaycanın ilk idman geyimi brendi “İl`Azero” və "Dadlı Naxçıvan Məhsulları"dır.