İBA rəsmisindən azərbaycanlı məşqçilər və hakimlər üçün seminar
- 17:40
- 37
İBA-nın Texniki Komitəsinin sabiq sədri Raymond Silvas Azərbaycana səfərə gəlib.
Rekord.az xəbər verir ki, amerikalı mütəxəssis səfər çərçivəsində ölkə çempionatına qatılacaq komandaların məşqçiləri və döyüşləri idarə edəcək hakimlərə seminar keçib.
Seminarda yarışa hazırlıq məsələləri, qaydalar və mübahisələrə səbəb olan qərarlar müzakirə edilib, lazımı təlimatlar verilib.
Təlimdə Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov da iştirak edib.
Raymond Silvas dekabrın 15-20-də kişi və qadın boksçular arasında keçiriləcək Azərbaycan çempionatının supervayzeri olacaq.