İtaliyanın “Parma” klubunun Zlatan İbrahimoviçi transfer etmək istədiyinə dair xəbərlər həqiqəti əks etdirmir.

Rekord.az xəbər verir ki, A Seriyası təmsilçisinin idman direktoru Daniel Facano bu xəbərləri təkzib edib.
 
O, “The Guardian” nəşrinə açıqlamasında bunları söyləyib: “İbrahimoviç “Parma”da görmək istədiyim futbolçudu. Amma biz bu gün onu heyətimizə cəlb edə bilmərik. Çünki cibimizə uyğun deyil”.
 
Qeyd edək ki, İbrahimoviç ABŞ-ın “Los Anceles Qalaksi” klubundan ayrılandan bəri işsizdi. Onun adı İtaliya, İspaniya klubları ilə daha çox hallanır.