İbrahimoviçin “Milan” üçün baş məşqçi şərti
- 26 Apr 2020 13:42
- 599
İsveç yığmasının sabiq hücumçusu Zlatan İbrahimoviçin növbəti mövsümdə “Milan”da qalması klubun baş məşqçi ilə bağlı qərarından asılıdı.
Rekord.az “Corriere della Sera”ya istinadən xəbər verir ki, təcrübəli forvard yalnız bir şərtlə İtaliya klubunda qalacaq ki, rəhbərlik indiki baş məşqçi Stefano Piolini postunda saxlasın. Əks halda o, bu yay sözügedən komandadan ayrılacaq.
Qeyd edək ki, İbrahimoviçin “Milan”la müqaviləsi bu ilin yayına kimidi. Hazırda A Seriyası koronavirus pandemiyasına görə yarımçıq dayandırıldığından, Zlatan da ölkəsi İsveçə dönüb və sahibi olduğu “Hammarbü” klubu ilə məşq edir.