
İcra başçısı stadiona baş çəkdi, komanda ilə görüşdü, dəstək üçün söz verdi
- 11:00
- 150
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə ötən gün rayon stadionuna baş çəkib, yerli komandanın üzvləri və məşqçiləri ilə görüşüb.
Rekord.az xəbər verir ki, icra başçısı komandanın hazırkı durumu ilə maraqlanıb və problemlərin həllində bacardığı köməyi göstərəcəyinə dair söz verib.
Görüşdə Futbolin İnkişaf Fondunun rəhbəri Tural Piriyev də iştirak edib. Başçı ilə söhbət zamanı komandaya sponsor tapılması, rayonun imkanlı iş adamlarının "Ağdaş"a dəstək olması üçün müraciətlərin olunması da müzakirə olunub.