AFFA Məşqçilər Komitəsi milli komandada yerli məşqçinin işləməsini istəyib.

Rekord.az-a daxil olan məlumata görə, dünənki məlum iclasdan öncə bu haqda fikirlərini İK üzvlərinə çatdırıblar.

Lakin İK üzvləri Məşqçilər Komitəsinin təklifini heç nəzərdən belə keçirməyib. Ümumiyyətlə, İK-nın gündəmində yerli məşqçi seçimi olmayıb. Bu vəziyyət bir daha sübut edir ki, AFFA üçün Məşqçilər Komitəsi sadəcə, vasitədir. Öz məqsədləri üçün istifadə. Onlarlın fikirləri federasiya üçün ciddi önəm daşımır.