Mayın 30-da Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev Dağıstanda sərbəst güləş üzrə keçirilən Beynəlxalq Turnirdə erməni rəqibini darmadağın edən rayon idmançısı İsmayıl Nəcəfov ilə görüşüb.

Rekord.az xəbər verir ki, görüşdə idmançı, 124 saylı tam orta məktəbin şagirdi İsmayıl Nəcəfovun məşqçisi, "Təhsil" RİM 1 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin məşqçi müəllimi Mehman Məmmədbəyov da burda iştirak etmişdir.

Görüş zamanı qonaqlar əldə etdikləri nailiyyətlər və qarşıdakı yarışlara hazırlıqları barədə danışmış və müzakirələr aparıblar.

Xoş təəssüratlarını dinləyən İdarə rəisi İsmayıl Nəcəfovun timsalında başqa idmançılarımızın da digər gənclərə nümunə olduğunu vurğulayıb və onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb.