Bakı şəhərində MMA-idman növü üzrə 10-idmançının iştirakı ilə keçirilən yarışda 53 kq çəki dərəcəsində Ağayev Əli Samir oğlu kəmər uğrunda keçirilən yarışın qalibi olub.

Rekord.az xəbər verir ki, bu münasibətlə idmançını Mil-Muğan RGİİ rəisi Nadir Quliyev qəbul edib.

İdmançı ilə səmimi söhbət edən idarə rəisi əldə etdiyi naliyyətə görə onu diplom və hədiyyə ilə təltif edib.