Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən elan edilmiş 27 fevral - 05 mart "İdman Həftəsi" nə uyğun olaraq, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 5 mart "Bədən Tərbiyəsi və İdman Günü"nə həsr olunmuş 2006-2007-ci il təvəllüdlü oğlan və qızlar arasında həndbol idman növü üzrə Gəncə şəhər açıq birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov açılışda iştirak edərək, qonaqları salamlamış və idmançılara uğurlar arzulayıb.

Birincilikdə 6 komanda olmaqla 60-dan çox idmançı mübarizə aparıb. Qalib komandalar Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplom və kubokla mükafatlandırılıblar.