"İdman həftəsi" çərçivəsində keçirilən turnirə yekun vurulub
- 05 Mar 2022 10:46
- 682
5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təşkil olunan "İdman həftəsi" çərçivəsində keçirilən voleybol turnirinə bu gün yekun vurulub. "Rekord.az" xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının (AVF) idman zalında təşkil olunan yarışın sonuncu günü mükafatçılar bəlli olub.
İlk olaraq öncə 3-cü yerin sahibinin kimliyinə aydınlıq gətirilib. "Media" və "GİN" komandaları arasında baş tutan matçda birincilər 2:0 (25:22, 25:20) hesabı ilə qalib gəliblər.
Sonra birinci yer uğrunda "Veteranlar" və "Bakı" klubları qarşılaşıblar. Bu oyunda da 2:0 (25:8, 25:7) hesabı qeydə alınıb. Rəqibini məğlub edən "Veteranlar" turnirin qalibi adını qazanıb.
Finalı Azərbaycan gənclər və idman nazirinin müavini Mariana Vasileva izləyib və yarışın bağlanış mərasimində iştirak edib. Daha sonra nazir müavini və AVF-ın baş katibi Fərid Xəlilov mükafatçılara medal və diplomlar təqdim ediblər.