"İdman Həftəsi" çərçivəsində MMA üzrə açıq birincilik keçirilib
- 01 Mar 2023 11:15
- 433
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən elan edilmiş 27 fevral - 05 mart "İdman həftəsi" çərçivəsində “Heydər Əliyev İli”nə həsr olunmuş MMA idman növü üzrə Gəncə şəhər açıq birinciliyi keçirilib.
Rekord.az xəbər verir ki, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Göygöl Rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Abbasov, Azərbaycan MMA, Pankration və Qrapplinnq Federasiyasının Gəncə nümayəndəsi Səbuhi Məmmədov və yarışın baş hakimi Cavidan Cəfərov çıxış edərək, idman və bədən tərbiyəsi haqqında geniş məlumat verərək, iştirakçılara uğurlar arzulamışlar.
Birincilik 2006-2007, 2008-2009, 2010-2011, 2012-2013, 2014-2015-ci il təvəllüdlü yeniyetmə idmançılar (oğlanlar və qızlar) arasında baş tutub.
Yarışda 200 nəfərə yaxın idmançı iştirak edib və Gəncə, Bakı, Göygöl, Gədəbəy, Goranboy, Bərdə, Qəbələ, Qax, Tovuz, Ağstafa, Şəmkir komandaları birincilikdə mübarizə aparıblar.
Sonda qaliblər Baş İdarənin tərəfindən diplom və medallarla təlif olunublar.