
İdman TV-də yeni layihə: "Qol çək"!
- 20 Fev 2025 10:57
- 141
Azərbaycan futbolu azarkeşləri üçün İdman TV yeni televiziya layihəsi hazırlayır. "Rekord.az" xəbər verir ki, adı "Qol çək" olan verilişdə Azərbaycan Premyer Liqasında çıxış edən komandaların futbolçuları qonaq olacaq.
Onlar layihənin aparıcıları - idman jurnalisti Fuad Eldarov və Absalam Həşimli ilə birgə dünyaca sevilən müxtəlif challange rubrikalarında və sürpriz suallarda yarışacaqlar. Verilişin sonunda isə futbolçunun çıxış etdiyi mövqeyə uyğun ən yaxşı qol təqdim olunaraq təkrarlanması istənəcək.
İlk buraxılışda "Sumqayıt" Futbol Klubunun üzvləri Ayxan Süleymanlı və Səbuhi Abdullazadə bacarıqlarını göstərəcək. Veriliş yaxın günlərdə təqdim olunacaq. Bir sözlə, ekran qarşısına yaxın əyləşin. Futbolçularımız bacarıqlarına qol çəkəcək!