5 Mart-Bədən Tərbiyəsi və idman günü ilə əlaqədar Vətən müharibəsində şəhid olmuş, bir çox Respublika və Beynəlxalq yarışların qalibləri Məhəmmədəli Ələkbərovun və Xaləddin Cəlilovun xatirəsi yad edilib.

Rekord.az xəbər verir ki, şəhidlərimizin ailə üzvlərinin iştirakı ilə Poylu kəndində və Ağstafa şəhər qəbiristanlığında məzarları ziyarət edilərək önünə gül dəstələri düzülub, ruhlarına dualar oxunub.