İdmançımız Bakıdakı dünya çempionatında mübarizəni dayandırdı
- 29 May 2023 14:10
- 363
Bu gün Bakıda taekvondo üzrə dünya çempionatı start götürüb.
Rekord.az xəbər verir ki, Bakı Kristal Zalında keçirilən mundialın ilk günündə Azərbaycan millisinin bir üzvü dayanq üzərinə çıxıb.
68 kq çəki dərəcəsində mübarizə aparan Cavad Ağayev 1/32 finalda Eldar Kurmanaliyev (Qırğızıstan) ilə görüşdə 2:0 hesablı qələbə qazansa da, növbəti döyüşündə çinli Çenminq Xiao ilə dueldən məğlub ayrılmaqla mübarizəni dayandırıb.
İyunun 4-nə qədər davam edəcək dünya çempionatında 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizə aparacaq.