II Autizm Festivalı çərçivəsində idman yarışları davam edir.
- 20 Apr 2022 16:10
- 753
Azərbaycan Autizm Assosiasiyası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunacaq II Autizm Festivalı çərçivəsində daha bir yarış keçirib. Bu dəfə autizmli uşaqlar Veloparkda velosiped idmanı üzrə bacarıqlarını nümayiş etdiriblər. 3 yaş qrupu üzrə təşkil olunan sınağa 50-ə yaxın iştirakçı qatılıb. Mübarizənin sonunda:
6-9 yaş qrupunda
Əsgərov Məhəmməd 1-ci yer
Şirinov Amin 2-ci yer
Əlizadə Amin isə 3-cü yer.
9-13 yaş qrupunda
Məmmədli Polad 1 yer
Şirinov Murad 2 yer
Şirinov Elmir 3 yer
13 yaş üzəri
Bayramov Rza 1 yer
Rəhimov Hüseynəli 2 yer
Bədəlov Nihat 3 yer
Xatırladaq ki, bundan əvvəl autizmli uşaqlar bocce və stolüstü tennis idmanı üzrə mübarizə aparıblar. Növbəti günlərdə isə atletika və futbol yarışları keçiriləcək.
Nəhayət, aprelin 28-i Bakıda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə II Autizm Festivalı təşkil olunacaq. Festival çərçivəsində keçirilın tədbirlərin məqsədi autizm barədə cəmiyyəti məlumatlandırmaq, autizmin xəstəlik yox, fərqlilik olduğu mesajını insanlara ötürməkdir.
Autizmin fərqindəyik, onların yanındayıq