İki futbolçu millimizdən qovuldu - siqaret çəkdiklərinə görə
- 20 Yan 2020 14:30
- 870
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçuları Elnur Hüseynov (“Neftçi”, qapıçı) və Vüsal Şabanov (“Zaqatala”, qapıçı) yığmanın heyətindən kənarlaşdırılıb.
Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Hər iki futbolçu nizam-intizam qaydalarını pozduqlarına görə (siqaret çəkdikləri üçün) komandanın heyətindən kənarlaşdırılıblar.
Hər iki futbolçunun intizamsız davranışI barədə məxsus olduqları klublara AFFA tərəfindən məlumat göndərilib.