Bu gün AFFA U-10 və U-12 liqasının Qərb zonası üzrə yarışları başa çatıb.


Rekord.az xəbər verir ki, Qərb Regional Futbol Federasiyası tərəfindən sözügedən liqalarda nümunəvi davranışları ilə seçilən futbolçulara “Fair-Play” fəxri fərmanları təqdim olunub.


Tovuz Olimpiya İdman Kompleksində keçirilən tədbirdə liqalar üzrə məşqçilər tərəfindən seçilmiş futbolçulara fəxri fərmanları QRFF-nin koordinatoru Rasim Əliyev, AFFA Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin Qərb zonası üzrə nümayəndəsi Vüsal Qocayev, məşqçilər və valideynlər təqdim ediblər.


Fərqlənən futbolçuların siyahısı belədir: 


U-10 Liqa

1. Yusif Comərdov, “Ağstafa Gəncləri”

2. Rəhim Abbaszadə, “Şəmkir”

3. Hüseyn Namazov, “Yasamal” (Şəmkir)

4. Zahid Əliyev, “Avey” (Ağstafa)

5. Mənsur Budaqov, “Qazax-Siti”

6. Mirnihat Əliyev, “Gülül” (Ağstafa)

7. Ricay Məmmədzadə, “Turan Tovuz”

8. Arda Əhmədov, “Hünər” (Tovuz)

9. Tunar Əliyev, “Olimpiya” (Tovuz) 


U-12 Liqa 

1. Arif Məsmalıyev, “Ağstafa Gəncləri”

2.  Uğur Məmmədov, “Şəmkir”

3. Həsən Atayev, “Yasamal” (Şəmkir)

4. Məqsəd Bayramov, “Avey” (Ağstafa)

5. Cəfər Həsənli, “Qazax-Siti”

6. İbrahim Əlizadə, “Gülül” (Ağstafa)

7. Süleyman Əsgərzadə, “Turan Tovuz”

8. Hüseyn Həsənli, “Hünər” (Tovuz)

9. Hüseyn Əliyev, “Olimpiya” (Tovuz)

10. Ümid Qasımov, “Qazax Gənclər”