Macarıstanda qadın voleybolçuların birinciliyində növbəti turun oyunları keçirilir. "Rekord.az" xəbər verir ki, Azərbaycan yığmasının bu ölkədə çıxış edən iki üzvü 7-ci turda bir-birinə rəqib olublar.

Blokçumuz Ayşən Abduləzimovanın şərəfini qoruduğu "Vasas" hücumçumuz Nikalina Boşnakovanın formasını geyindiyi "Szent Benedek" klubunu qəbul edib. Görüş Ayşən və rəfiqələrinin üstünlüyü ilə keçib. 3 hissə davam edən matçda "Vasas" quru hesablı qələbəni bayram edib - 3:0 (25:21, 25:16, 25:22).

Bu oyunda millimizin və "Vasas"ın kapitanı 4 dəfə fərqlənib. Abduləzimova xallardan 2-ni hücumda, digər 2-ni isə eyslə qazanıb. Boşnakova isə əvəzetmə ilə oynayıb. Hücumçumuz meydanda olduğu müddətdə komandasının hesabına 5 xal yazdırıb. Boşnakova xalların hamısını hücumda qazanıb.