“İki əsas oyunçumuzun - Endər Poladxanlı və DeAndrenin yoxluğu bu oyunda da rotasiya imkanlarımızı məhdudlaşdırdı”.

Rekord.az xəbər verir ki, bunu "Sabah" basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis “Spirou”ya (Belçika) qarşı keçirdikləri FIBA Avropa Kubokunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis məğlub olduqları görüş barədə danışıb:

“Yaxşı mübarizə apardıq. Azarkeşlərimiz önündə qələbə qazanmağı çox istəyirdik. Çox istəkli idik. Bəlkə də bunun yaratdığı təzyiqə görə sadə epizodlarda bəzən top itkilərinə yol verdik. İki əsas oyunçumuzun - Endər Poladxanlı və DeAndrenin yoxluğu bu oyunda da rotasiya imkanlarımızı məhdudlaşdırdı. Azarkeşlərə sona kimi bizə dəstək olduqlarına görə təşəkkür edirəm”

"Sabah" - Spirou” qarşılaşması qonaqların 78:68 hesablı qələbəsi ilə başa çatıb.