Azərbaycan Basketbol Liqasında iki yarımfinalçı müəyyənləşib


Rekord.az xəbər verir ki, bu gün keçirilən pley-off qarşılaşmalarından sonra növbəti mərhələyə adlayan komandalar bəlli olub.


"Sərhədçi"yə 104:77 hesabı ilə qalib gələn "Sabah" yarımfinala yüksəlib. Bu komandalar arasında keçirilən ilk matçda da "bayquşlar" qələbə (90:64) qazanmışdı.


Növbəti yarımfinalçının adına "Ordu" - "Neftçi" görüşündə aydınlıq gəlib. Rəqibini 88:54 hesabı ilə üstələyən "ağ-qaralar" adını növbəti raunda yazdırıb. Tərəflər arasında reallaşan ilk görüşdə də "Neftçi" qalib (93:84) gəlmişdi.


"Sabah" finala gedən yolda "Şəki" - "Gəncə", "Neftçi" isə "Naxçıvan" - "Abşeron" cütünün qalibi ilə qarşılaşacaq.