Qızıl Avropa Liqasında mübarizə aparan qadınlardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq. "Rekord.az" xəbər verir ki, A qrupunda yer alan komandamız Fransada təşkil olunan II dövrənin ilk qarşılaşmasında İspaniya ilə üz-üzə gələcək. 

Yarışa əsasən gənclərdən təşkil olunmuş heyətlə qatılan komandamız ilk dövrədə keçiridiyi hər üç oyunda məğlub olub. Aparıcı oyunçularının əksəriyyətiin çıxış etmədiyi turnirdə yığmamız qələbə ilə yanaşı, xal da qazana bilməyib. 

Hesabında xal olmayan voleybolçularımız hazırda qrupda sonuncu yerdədirlər. İspaniya 8 xalla birinci, Rumıniya 6 xalla ikinci, Fransa isə 4 xalla üçüncü pillədə qərarlaşıblar.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. 

 

Qızıl Avropa Liqası

II dövrə

   19:00 İspaniya - Azərbaycan