
İkinci Liqanın iki komandasına texniki məğlubiyyət verildi
- 16:00
- 46
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda 2-ci Liqanın 14-cü turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Qusar” – “Füzuli” oyununda xərəkdaşıyanlar olmadığına görə “Qusar” komandası 80 manat cərimə edilib.
“Qusar” – “Füzuli” oyunu “Qusar” komandasının formasında qüsurlar olması səbəbindən gec başladığı üçün “Qusar” komandası 80 manat cərimə edilib.
“Qusar” – “Füzuli” oyunu “Füzuli” komandasının formasında qüsurlar olması səbəbindən gec başladığı üçün “Füzuli” komandası 80 manat cərimə edilib.
“Şahdağ Qusar” – “Kür-Araz” oyunu “Kür-Araz” komandası təyin edilmiş vaxtda stadiona gəlmədiyinə görə baş tutmadığı üçün “Kür-Araz” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib, “Kür-Araz” komandası 400 manat cərimə edilib.
“Hypers Guba” – “Şəmkir” oyununun 39-cu dəqiqəsində “Hypers Guba” komandasının 11 nömrəli futbolçusu Ruslan Qurbanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılıb, “Hypers Guba” komandası 300 manat cərimə edilib.
“Hypers Guba” – “Şəmkir” oyununun 90+4-cü dəqiqəsində “Hypers Guba” komandasının 71 nömrəli futbolçusu Sənan Aslanov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılıb, “Hypers Guba” komandası 300 manat cərimə edilib.
“Hypers Guba” – “Şəmkir” oyununda “Hypers Guba” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Hypers Guba” komandası 150 manat cərimə edilib.
“Hypers Guba” – “Şəmkir” oyunu bitdikdən sonra “Şəmkir” komandasının futbolçuları qalib gəldikləri matçda rəqib azarkeşləri qıcıqlandıran hərəkətlər etdiklərinə görə “Şəmkir” klubuna xəbərdarlıq edilib.
“Sheki City” – “Lerik” oyununda “Sheki City” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Sheki City” komandası 70 manat cərimə edilib.
“Ağdaş” – “Şimal” oyunu meydan sahibi “Ağdaş” komandası vaxtında stadionu hazır vəziyyətə gətirmədiyinə, oyun günü planını pozduğuna, AFFA nümayəndəsinin tələblərini yerinə yetirmədiyinə, eyni zamanda oyunun başlama vaxtından 45 dəqiqə sonra Təcili Tibbi Yardım avtomobili olmadığına görə baş tutmadığı üçün “Ağdaş” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib, “Ağdaş” komandası 250 manat cərimə edilib.