Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində daha bir oyun keçirilib.


Rekord.az xəbər verir ki, Bakı İdman Sarayında "Abşeron" və "Naxçıvan" kollektivləri üz-üzə gəlib.


Görüş birincilərin 85:79 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında baş tutan ilk matçda "Naxçıvan" (88:83) qalib gəlmişdi.


Bununla da seriyada bərabərlik yaranıb. Yarımfinala yüksələcək kollektivin adına üçüncü qarşılaşmadan sonra aydınlıq gələcək.


Daha əvvəl "Sabah", "Neftçi" və "Şəki" yarımfinala vəsiqə qazanıb.