
İlham Əliyev yenidən MOK-un prezidenti seçildi
- 18 Fev 2025 14:00
- 76
Bu gün Milli Olimpiya Komitəsinin (MOK) IX Hesabat-seçki baş məclisi işə başlayıb.
Rekord.az xəbər verir ki, baş məclis MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin sədrliyi ilə keçirilir.
Milli Olimpiya Komitəsində təşkil olunan tədbirdə əvvəlcə qurumun 4 illik hesabatı dinləniləcək. Daha sonra MOK-un İcraiyyə Komitəsinin yeni üzvləri seçiləcək.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilib. MOK-un IX Hesabat-seçki baş məclisində dövlətimizin başçısı yekdilliklə növbəti 4 il müddətinə qurumun rəhbəri seçilib.