İlham Zəkiyev vitse-рrezident oldu
- 21 Fev 2020 19:46
- 1140
Bu gün Milli Paralimpiya Komitəsinin (MPK) Ümimi yığıncağı keçirilib.
Rekord.az xəbər verir ki MPK-dan "Report"a verilən məlumata görə, Milli Olimpiya Komitəsinin inzibati binasında təşkil olunmuş toplantının gündəliyində qurumun Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar görülən işlər, Nizamnamədə dəyişikliklərinin təsdiq olunması və təşkilatı məsələlər yer alıb.
Yığıncaqda təşkilati məsələlərə də baxılıb. Üzvlərin səsverməsi nəticəsində MPK-nin I vitse-prezidenti Natiq Qasımov vəzifəsindən azad edilib, Yaşar Hacıyev isə vitse-prezident vəzifəsinə seçilib. MPK-nin İcraiyyə Komitəsi isə aşağıdakı tərkibdə seçilib.
Rəhimov İlqar Elxan oğlu - ARMPK-nin prezidenti, İcraiyyə komitəsinin sədri
Zəkiyev İlham Əizağa oğlu - ARMPK-nin vitse prezidenti
Hacıyev Yaşar Fərəc oğlu - ARMPK-nin vitse prezidenti Sumqayıt Paralimpiya İdman Kompleksinin direktoru
Məmmədov Kamal Cabir oğlu - ARMPK-nin baş katibi
Sultanova Afaq Vaqif qızı - Cüdo üzrə Paralimpiya çempionu
Kərimova Vüsalə Akif qızı- Əlil İdmançılara dəstək” İB-nin baş katibi, Əlil arabasında idman rəqsi, idmançı
Sadıxov Sadıx Asəf oğlu - “Neftçi” İC icraçı direktoru
Məmmədov Aydın Ağaəli oğlu - Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin seKtor müdiri
Abdullayev Səmyar Abdulla oğlu - Gözdən Əlillər Cəmiyyətinin prezidenti,
Kərimov Mehman Bayram oğlu - Milli Olimpiya Komitəsinin şöbə müdiri
Abbasova Səlhət Manaf qızı - Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının məsul katibi