Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

Rekord.az xəbər verir ki, ikiqat paralimpiya çempionu üçüncü yer uğrunda görüşdə Qanbat Daştserenlə (Monqolustan) üz-üzə gəlib.

Rəqibini məğlub edən Zəkiyev bürünc mükafata sahib çıxıb.

Paralimpiada sentyabrın 8-də başa çatacaq.