“İli uğurla və sabaha inamla başa vururuq” - Fərid Qayıbov
- 29 Dek 2022 19:32
- 413
Gənclər və idman naziri Fərid Qayıbov dekabr ayı ilə bağlı qurumun rəsmi saytında yazısını təqdim edib.
Rekord.az xəbər verir ki, o, uğurlar və yeniliklərlə zəngin daha bir ili geridə qoyduqlarını vurğulayıb:
“Sevindirici haldır ki, ili uğurla və sabaha inamla başa vururuq. Dekabr həm də hesabat ayı olduğundan, nöqteyi-nəzərimizin ilin idman yekunlarına fokuslanması təbiidir. Beynəlxalq yarışların sayı az olsa da, dekabrda idmançılarımız 30-dək medal qazandılar. Ümumilikdə isə il ərzində Azərbaycan idmançıları təkcə rəsmi, nüfuzlu beynəlxalq yarışlardan 837 medal əldə ediblər”.
Qayıbov il ərzində həm gənclər, həm də idman sahəsində kifayət qədər uğurlar əldə etdiklərini diqqətə çatdırıb:
“Bu təbii ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırıqları və daimi dəstəyi sayəsində mümkün oldu. “Şuşa ili” çərçivəsində bu il qədim mədəniyyət paytaxtında bir sıra beynəlxalq və yerli tədbirlərimiz oldu. 2023-ci ölkəmizdə “Heydər Əliyev ili” elan olunub. Gənclərə və idmançılara ümummilli liderimiz Heydər Əliyevin vəsiyyətlərinə sadiq qalaraq, növbəti ildə də qələbələr arzulayıram. Fürsətdən istifadə edərək, hər birinizi qarşıdan gələn yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm”.