Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci ilin ən yaxşı klub baş məşqçisini açıqlayıb.

Rekord.az xəbər verir ki, bu ada İngiltərənin "Çelsi" komandasına rəhbərlik edən Tomas Tuxel layiq görülüb.

48 yaşlı almaniyalı mütəxəssis 230 xalla bütün rəqiblərini qabaqlayıb.

İngiltərənin digər klubu “Mançester Siti”yə rəhbərlik edən Xosep Qvardiola ikinci olub. Daha öncə “Bayern”ə rəhbərlik edən, bir müddət əvvəl Almaniya yığmasının sükanı arxasına keçən Hansi Flik isə üçüncü yerə layiq görülüb.

1. Tomas Tuxel (Almaniya – “Çelsi”) - 230
2. Xosep Qvardiola (İspaniya - “Mançester Siti”) - 55
3. Hansi Flik (Almaniya – “Bayern”) - 25
4. Unai Emeri (İspaniya – “Vilyareal”) - 15
5. Dieqo Simeone (Argentina – “Atletiko”) - 10