Bu gün Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının 9-cu turunun və ilin son oyunu baş tutub.

Rekord.az xəbər verir ki, "Şəki" yerli publika önündə çempionatın liderlərindən sayılan "NTD-İndiqo" klubunu qəbul edib.

Görüşün ilk dəqiqələrindən üstünlüyü ələ keçirən Xaçmaz təmsilçisi yekunda 120:54 hesablı qələbə qazanıb.

Bu qələbə ilə "NTD-İndiqo" 17 xalla qış fasiləsinə şərikli lider kimi yollanıb.

Ən məhsuldar basketbolçular "Şəki"dən Pol Dibal (21 xal, 9 ribaund), "NTD-İndiqo"dan isə Brendon Yanqer (28 xal, 4 asist) olublar.