İlin son oyununda “Neftçi” qalib gəldi
- 25 Dek 2022 19:21
- 511
Azərbaycan Basketbol Liqasında 11-ci tura yekun vurulub.
Rekord.az xəbər verir ki, turun və ümumilikdə 2022-ci ilin sonuncu oyunu Şəki Olimpiya İdman Kompleksində baş tutub.
“Olimpik Şəki” doğma azarkeşlər önündə paytaxt klubu “Neftçi” İK basketbolçularını qəbul edib. Qarşılaşmada üstünlüyü ilk dövrədən ələ keçirən paytaxt basketbolçuları, oyunun yekununda rəqibi üzərində 83:67 hesablı qələbə qazanıblar.
Ən məhsuldar basketbolçular “Olimpik Şəki”dən Ceyson Brauer (24 xal, 7 ribaund), “Neftçi”dən isə Davit Lomidze (18 xal, 5 ribaund) olublar.
11 turdan sonra “Sabah”, “Gəncə” və NTD-nin hesabında 19 xal var. “AAAF Xırdalan” və “Sərhədçi” 18 xal toplayıbsa, “Neftçi”nin 14 xalı var. “Olimpik Şəki” 13, “Zirvə Astara” isə 12 xal toplayıb.
12-ci turun oyunları 2023-cü ilin 4, 7 və 8 yanvarında keçiriləcək.